...

Rusiyaya gedən quru yük gəmisində nasazlıqlar səbəbindən Bosfor boğazı bağlanıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2022 02:34 (UTC +04:00)
Rusiyaya gedən quru yük gəmisində nasazlıqlar səbəbindən Bosfor boğazı bağlanıb

Bakı. Trend:

Bosfor boğazı ilə Rusiyaya gedən quru yük gəmisinin mühərrikində nasazlıq yarandığı üçün boğazda nəqliyyatın hərəkəti dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsi bildirib.

Bildirilib ki, Türkiyənin Tuzla limanından Rusiyanın Kavkaz limanına gedən 190 metrlik "Annita" gəmisinin mühərrikində nasazlıq yaranıb. Gəmi kapitanının xahişi ilə ona iki yedək gəmisi və bir pilotlu qayıq göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti