...

Si Cinpin Çinin ərzaq və enerji təhlükəsizliyini gücləndirməyə çağırıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2022 09:49 (UTC +04:00)
Si Cinpin Çinin ərzaq və enerji təhlükəsizliyini gücləndirməyə çağırıb

Bakı. Trend:

Çin ərzaq və enerji təhlükəsizliyini, eləcə də istehsal və təchizat zəncirlərinin təhlükəsizliyini gücləndirməyə davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Çin Kommunist Partiyasının XX qurultayının açılış mərasimində, onun baş katibi, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin deyib.

"Milli təhlükəsizliyin təmin edilməsi, <...> ərzaq, enerji resurslarının, eləcə də mühüm istehsal və təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək qabiliyyətini gücləndirmək lazımdır", - deyə S.Cinpin bildirib.

Çinin rəhbəri həmçinin qeyd edib ki, xaricdə ÇXR vətəndaşlarının və hüquqi şəxslərinin qanuni hüquq və mənafelərinin qorunması, ictimai təhlükəsizlik sisteminin təkmilləşdirilməsi zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti