...

İtaliya prezidenti Corca Meloniyə hökuməti qurmağı tapşırıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2022 21:27 (UTC +04:00)
İtaliya prezidenti Corca Meloniyə hökuməti qurmağı tapşırıb

Bakı. Trend:

İtaliya prezidenti Sercio Mattarella sağçı "İtaliya qardaşları" partiyasının lideri Corca Meloniyə hökuməti qurmağı tapşırıb.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti administrasiyasının baş katibi Uqo Dzampetti deyib.

Onun sözlərinə görə, C.Meloni nazir vəzifələrinə namizədlərin siyahısını dərhal prezidentə təhvil verib.

Yeni nazirlərin andiçmə mərasimi oktyabrın 21-i şənbə günü səhərə planlaşdırılıb.

C.Meloninin siyahısına baş nazirin iki müavini daxildir: bunlar "Liqa" partiyasının rəhbəri Matteo Salvini (İnfrastruktur naziri) və "İrəli, İtaliya" partiyasının tanınmış nümayəndəsi Antonio Tayani (xarici işlər naziri) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti