...

“Rəqəmsal terror” - ölkələrin milli təhlükəsizliyinə təhdiddir - Ərdoğan

Dünya xəbərləri Materials 21 Oktyabr 2022 21:58 (UTC +04:00)

Bakı. Trend:

Bu gün “rəqəmsal terrorizm” təkcə demokratiya və ictimai asayiş üçün deyil, həm də ölkələrin milli təhlükəsizliyi üçün açıq təhdiddir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya nazirlərinin İstanbulda keçirilən 12-ci iclasının iştirakçılarına müraciət edərkən deyib.

"Təəssüf ki, bu gün dünyada milyonlarla insan yalan, saxta və təhrif olunmuş məlumatlara görə əziyyət çəkir", - deyə Türkiyə prezidenti bildirib.

Dövlət başçısı bəzi dairələrin Türkiyənin terrorla mübarizəyə verdiyi töhfəni gözdən salmaq cəhdlərini də tənqid edib:

"Türkiyə İŞİD terrorçularına qarşı “yerdə” uğurla mübarizə aparan yeganə ölkə olmasına baxmayaraq, bu həqiqətə zidd ittihamlara məruz qalırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti