...

Britaniya Türkiyəyə "Eurofighter" qırıcılarını sata bilər

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 18:19 (UTC +04:00)
Britaniya Türkiyəyə "Eurofighter" qırıcılarını sata bilər
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Türkiyəyə ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq "Eurofighter" qırıcılarını sata bilər.

Trend-in məlumatına görə, bunu bu gün Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyədə jurnalistlərə açıqlamasında deyib.

"Biz Türkiyəyə "Eurofighter" qırıcılarının satışı barədə düşünürük. Amma bu məsələni ilk növbədə Türkiyə hökuməti və Hərbi Hava Qüvvələri həll etməlidir", - nazir deyib.

Qeyd edək ki, bu gün Türkiyədə B.Uolleslə türkiyəli həmkarı Hulusi Akar arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti