...

İtaliyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 9 Noyabr 2022 11:51 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın şərq sahillərində Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, səhər saatlarında qeydə alının zəlzələ Ankona, Rimini, Florensiya şəhərlərində, o cümlədən, daha az şiddətdə paytaxt Romada hiss edilib.

Qeyd olunur ki, təkanlar nəticəsində ciddi fəsadlar qeydə alınmasa da, bəzi yaşayış məntəqələrində insanlar evləri tərk edib. Ankona şəhərindən Romaya gedən dəmiryol xəttində hərəkət dayandırılıb. Zəlzələ bölgəsində qatar reysləri təxirə salınıb.

Marke vilayətində təhsil müəssisələrində dərslər dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti