...

Moskva hava limanlarında terror təhlükəsinin maksimum səviyyəsi tətbiq edilib

Dünya xəbərləri Materials 16 Noyabr 2022 04:51 (UTC +04:00)
Moskva hava limanlarında terror təhlükəsinin maksimum səviyyəsi tətbiq edilib

Bakı. Trend:

Rusiyanın Moskva şəhərinin Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında noyabrın 10-dan terror aktları təhlükəsinin maksimum səviyyəsini tətbiq edilib.

Trend xəbər verir ki, bu barədə "Rostransnadzor"un hava limanlarına və aviadaşıyıcılara göndərdiyi məktuba istinadən "İzvestiya" qəzeti məlumat yayıb.

"10 noyabr 2022-ci il saat 00:00-dan 3 nömrəli təhlükəsizlik dərəcəsinə uyğun olan nəqliyyat kompleksinin fəaliyyətinə terror xarakterli qanunsuz müdaxilə aktının törədilməsi təhlükəsi müəyyən edilsin", - deyə məktubda bildirilir.

"Rostransnadzor" həmçinin aviaşirkətləri təhdidlərin yeni səviyyəsinə uyğun əlavə təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti barədə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti