...

Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Noyabr 2022 04:27 (UTC +04:00)
Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Mühərrikin nasazlığı səbəbindən Bozfor boğazında gəmilərin hərəkətini bloklayan gəmi dayanacağa aparılıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin Sahil Mühafizə Xidmətinin açıqlamasında bildirilir.

"Sahil Mühafizə Xidmətinin yardımı ilə mühərrikində nasazlıq baş verən 147 metrlik KAPPA gəmisi təhlükəsiz şəkildə dayanacağa aparılıb", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib.

XXX

01:25

Türkiyədə Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin Sahil Mühafizə Xidmətinin açıqlamasında bildirilir.

"Ambarlıdan Novorossiysk istiqamətində üzən 147 metrlik KAPPA gəmisinin mühərrikində nasazlıq yaranıb. Bu səbəbdən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb", - deyə açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti