...

Suriyadan Türkiyəyə beş raket atılıb, ölənlər var (FOTO)

Dünya xəbərləri Materials 21 Noyabr 2022 13:24 (UTC +04:00)
Suriyadan Türkiyəyə beş raket atılıb, ölənlər var (FOTO)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin cənub-şərqindəki Qaziantep vilayətində, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinə raket zərbələri endirilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Qaziantep valisi Davud Gül deyib.

Qeyd olunub ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Məlumata əsasən, Karkamış şəhərinə Suriya ərazisindən 5 raket atılıb.

Xatırladaq ki, Türkiyə ordusu ötən həftə sonu Suriyanın şimalında "Pəncə Qılınc" antiterror əməliyyatına start verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti