...

İtaliyada torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 27 Noyabr 2022 03:01 (UTC +04:00)
İtaliyada torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

İtaliyanın İskya adasında torpaq sürüşməsi baş verib.

Trend "SKY TG24" telekanalına istinadən xəbər verir ki, bu barədə şənbə günü Neoplun prefekti Klaudio Palomba bildirib.

Onun sözlərinə görə, torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.

"Hazırda bir qadının öldüyü təsdiqlənib. Təxminən on nəfər itkin düşmüş hesab olunur", - deyə K.Palomba əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti