...

ABŞ Dövlət Departamenti Qətərə PUA əleyhinə silahların satışına razılıq verib

Dünya xəbərləri Materials 30 Noyabr 2022 03:45 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Qətərə PUA əleyhinə silahların satışına razılıq verib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Qətərə 1 milyard dollar dəyərində "FS-LIDS" pilotsuz uçuş aparatı (PUA) sistemi və digər avadanlıqların mümkün satışına razılıq verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bildirib.

Məlumata əsasən, ABŞ Müdafiə Nazirliyi təxminən 1 milyard dollar dəyərində "FS-LIDS" sisteminin və əlaqədar avadanlıqların Qətər hakimiyyətinə satışına razılıq verib:

"Nəzərdə tutulan satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, çünki bu, Yaxın Şərqdə siyasi sabitliyin və iqtisadi inkişafın təşviqində mühüm rol oynayan dost ölkənin təhlükəsizliyini gücləndirməyə kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti