...

Norveç Polşadan daşına bilən zenit-raket sistemləri alacaq

Dünya xəbərləri Materials 30 Noyabr 2022 06:28 (UTC +04:00)
Norveç Polşadan daşına bilən zenit-raket sistemləri alacaq

Bakı. Trend:

Norveç Müdafiə Nazirliyi Polşanın "Mesko" şirkəti ilə "Piorun" daşına bilən zenit-raket raket sistemlərinin tədarükü üçün 350 milyon Norveç kronu (təxminən 35 milyon dollar) məbləğində müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin açıqlamasında deyilib.

"İlk dəfədir ki, biz Polşanın müdafiə sənayesi ilə belə böyük müqavilə imzaladıq", - deyə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib. "Bu, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın müsbət inkişafından xəbər verir", - deyə o əlavə edib.

Norveç Müdafiə Nazirliyi komplekslərin tədarükünə 2023-cü ildən başlanacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti