...

Meksikada toyda azı 200 nəfər zəhərlənib

Dünya xəbərləri Materials 2 Dekabr 2022 03:01 (UTC +04:00)
Meksikada toyda azı 200 nəfər zəhərlənib

Bakı. Trend:

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatının Monterrey şəhərində toyda kütləvi zəhərlənmə baş verib.

Trend xəbər verir ki, bu barədə regional səhiyyə şöbəsinin müdiri Alma Marrokinə istinadən "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 200 nəfər zəhərlənib. Zəhərlənənlər arasında uşaqlar da olub.

Zəhərlənməyə nəyin səbəb ola olduğu hələlik məlum deyil. Tədbirin keçirildiyi otelin fəaliyyəti müvəqqəti dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti