...

Çexiya-Slovakiya sərhədində yoxlamalar dekabr ayında da davam edəcək

Dünya xəbərləri Materials 7 Dekabr 2022 16:38 (UTC +04:00)
Çexiya-Slovakiya sərhədində yoxlamalar dekabr ayında da davam edəcək

Bakı. Trend:

Çexiya hökuməti Yaxın Şərqdən gələn qanunsuz miqrantların sayının kəskin artması səbəbindən Slovakiya ilə quru sərhədlərində yoxlamaların 14 gün uzadılması barədə qərar qəbul edib.

Trend TASS-a istinadən xəbər verir ki, qərar sentyabrın 29-da bərpa edilmiş və dekabrın 12-dək qüvvədə saxlanılmışdı.

Slovakiya ilə sərhəddə yoxlamaların bərpası Çexiya ərazisindən tranzitlə Qərbi Avropa ölkələrinə keçməyə çalışan qanunsuz miqrantlarla mübarizə tədbirinə çevrilib. Bu cür yoxlamalar Şengen sazişinə üzv dövlətlərin sərhəddaxili qaydalarına uyğun olaraq, maksimum altı ay müddətində etibarlı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti