Bakı. Trend:
Bu gün İranın mərkəzində yerləşən İsfahan vilayətinin İsfahan Sənaye Universitetinin kimya laboratoriyasında baş verən yanğın nəticəsində bir nəfər ölüb, bir nəfər də yaralanıb.
Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Mənsur Şişeforuş deyib.
Onun sözlərinə görə, yerli vaxtla 19:38 dəqiqədə baş verən hadisə ilə əlaqədar hadisə yerinə 12 yanğınsöndürmə briqadası çağırılıb və yanğın söndürülüb.
Vilayət rəsmisi yanğının baş vermə səbəblərinin araşdırıldığını deyib.