...

Bolqarıstanda temperatur rekordu müəyyən edilib

Dünya xəbərləri Materials 11 Dekabr 2022 21:16 (UTC +04:00)
Bolqarıstanda temperatur rekordu müəyyən edilib

Bakı. Trend:

Bolqarıstan meteoroloqları bazar günü ölkədə daha bir temperatur rekordu qeydə alıblar.

Trend xəbər verir ki, ölkənin cənubunda yerləşən Haskovo şəhərində hava 19,6 dərəcəyə qədər isinib ki, bu da 1943-cü ildə qeydə alınan əvvəlki rekorddan 2,1 dərəcə yüksəkdir.

1943-cü ildə bu şəhərdə dekabrın 11-də 17,5 dərəcə isti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti