...

Rusiya Dövlət Dumasının nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 12 Dekabr 2022 01:54 (UTC +04:00)
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bazar ertəsi Ankaraya iki günlük rəsmi səfər edəcək.

Trend xəbər verir ki, bu barədə bazar günü Dövlət Dumasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, spiker parlamentin aşağı palatasının nümayəndə heyətinin başında Türkiyəyə gələcək.

"Dekabrın 12-13-də Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi Dövlət Dumasının nümayəndə heyəti Türkiyə Respublikasına səfər edəcək", - deyə açıqlamada bildirilir.

Səfər çərçivəsində Rusiya ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin inkişafının müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti