...

Avropa Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl olaraq dördüncü dəfə artırıb

Dünya xəbərləri Materials 15 Dekabr 2022 19:28 (UTC +04:00)
Avropa Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl olaraq dördüncü dəfə artırıb

Bakı. Trend:

Avropa Mərkəzi Bankının (AMB) İdarəetmə Şurası üç əsas faiz dərəcəsini 50 baza bəndi artırmağa qərar verib və onların daha da artırılacağını istisna etməyib.

Trend xəbər verir ki, bu barədə tənzimləyicinin iclasının yekunları üzrə dərc olunmuş press-relizdə deyilir.

"İdarəetmə Şurası AMB-nin üç əsas faiz dərəcəsini 50 baza bəndi artırmağa qərar verib", - deyə hesabatda qeyd olunur.

Beləliklə, baza faiz dərəcəsi 2,5%-ə qədər artırılıb, depozitlər üzrə faiz dərəcəsi hazırda 2,00%, AMB-nin qısamüddətli kreditləri üzrə isə 2,75%-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti