Bakı. Trend:
Malayziyanın Selanqor ştatında torpaq sürüşməsi nəticəsində iki nəfər ölüb, 51 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Malayziya yanğınsöndürmə xidmətinə istinadən bildirib.
Məlumata əsasən, təbii fəlakət kempinq ərazisinə təsir edib. İlkin müayinənin nəticələrinə görə 3 nəfər yaralanıb, 23 nəfər xəsarət almayıb.