Bakı. Trend:
Fransa yığmasının məğlubiyyətindən sonra bir çox şəhərlərdə polis və futbol azarkeşləri arasında toqquşma olub.
Trend xəbər verir ki, Lyon şəhərində atış səsləri eşidildiyi bildirilir.
Fransanın digər şəhərlərində küçələrdə zibil qutuları, şəhərin mərkəzində avtomobillərin yandırıldığı və vitrinlər talan edildiyi bildirilir.
Polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.