...

Sorğu iştirakçılarının yarıdan çoxu Maskın Tvitterdən getməsini istəyir

Dünya xəbərləri Materials 19 Dekabr 2022 16:26 (UTC +04:00)

Bakı. Trend:

İlon Maskın bazar günü Tvitter sosial şəbəkəsində təşkil etdiyi sorğu yekunlaşıb.

Trend xəbər verir ki, izləyicilərin 57,5 ​​faizi milyarderin eyniadlı şirkətin rəhbəri postundan getməsinin lehinə, 42,5 faizi isə əleyhinə səs verib.

Sorğu 12 saat davam edib və 17,5 milyondan çox istifadəçi iştirak edib.

Mask sorğunu hazırlayarkən səsvermənin nəticələrini rəhbər tutacağına söz verib. Daha sonra o, iki mesaj paylaşıb. Sahibkar bir yazısında “arzularından qorx, onlar gerçəkləşməyə meyillidirlər” atalar sözünü misal çəkib, digərində isə “hakimiyyət istəyənlər ən azı buna layiqdir” fikrini bildirib.

Xatırladaq ki, Mask oktyabrın 27-də Tvitteri almaq üçün sövdələşmə bağlayıb. O, sosial şəbəkəni satın aldıqdan dərhal sonra baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, şirkət rəhbərliyinin bir sıra üzvlərini işdən çıxarıb. Mask həm də direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti