Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatında baş verən zəlzələ nəticəsində azı 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Humboldt dairəsi şerifinin mətbuat xidməti öz saytında bildirib.
Məlumata əsasən, hazırda dəymiş ziyan hesablanır. 70 mindən çox ev və müəssisə işıqsız qalıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, çərşənbə axşamı Kaliforniyada 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri təxminən 12 min nəfər əhalisi olan Fortuna şəhərindən 21,6 km şimal-qərbdə yerləşib.