...

Dünyanın ən varlı adamlarının bu il itirdikləri məbləğ açıqlandı

Dünya xəbərləri Materials 23 Dekabr 2022 14:55 (UTC +04:00)
Dünyanın ən varlı adamlarının bu il itirdikləri məbləğ açıqlandı

Bakı. Trend:

Dünyanın ən varlı adamlarının sərvəti 2022-ci ildə 1,9 trilyon dollar azalıb.

Trend xəbər verir ki, bu barədə “Forbes” jurnalının hesabatında deyilir.

Bildirilir ki, onların ümumi kapitalı təxminən 12 ayda 13,8 trilyon dollardan 11,9 trilyon dollara qədər azalıb.

“2022-ci ildə dünya üzrə milyarderlər 1,9 trilyon dollar itiriblər. Dekabrın 9-na olan məlumata görə, onların ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb. Milyarderlərin sayı da 2671 nəfərdən 2523 nəfərədək azalıb”, - deyə məlumatda qeyd olunur.

Texnologiya milyarderləri isə birlikdə 2022-ci ildə 1 trilyon dollardan çox vəsait itirib. “Amazon”un qurucusu Ceff Bezos şirkətinin səhmlərinin dəyərinin təxminən 50% azalması səbəbindən 80 milyard dollardan çox itirib. “Google”un əsas şirkəti “Alphabet” transmilli korporasiyasının həmtəsisçiləri Larri Peyc və Sergey Brin 40 milyard dollardan çox vəsait itkisi ilə üzləşiblər.

Dekabrın 21-də “Bloomberg” xəbər verib ki, amerikalı iş adamı, “Tesla”, “SpaceX” və Tvitter şirkətlərinin rəhbəri İlon Maskın itkiləri 2022-ci ildə 122,6 milyard dollara çatıb. Bu isə milyarderin 2021-ci ildə qazandığı məbləğdən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti