Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət rejimi elan edib.
Trend xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilir.
Bayden təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə olaraq federal yardımın göstərilməsini tapşırıb.
Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin və Fövqəladə Hallar üzrə Federal Agentliyin mütəxəssislərinə ştat sakinlərinə yardım edilməsi ilə bağlı göstəriş verilib.
Qeyd edək ki, bir neçə gündür davam edən qar fırtınası nəticəsində 27 nəfər ölüb.