...

Çin ABŞ-dan Tayvana silah satışını dayandırmağı tələb edir

Dünya xəbərləri Materials 30 Dekabr 2022 14:55 (UTC +04:00)

Bakı. Trend:

Çin ABŞ-ı Tayvana silah satışını dayandırmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının xarici işlər nazirinin sözçüsü Van Venbin jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Çin ABŞ-dan “vahid Çin” prinsipinə və Çin-ABŞ arasında qəbul olmuş birgə üç kommünikeyə əməl etməyi, habelə silah tədarükünü dayandırmağı tələb edir. Bildirilir ki, bu, Tayvan boğazında “gərginlik” yaradır.

Bundan əvvəl ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman bildirib ki, ABŞ administrasiyası Çinlə açıq əlaqə kanallarını saxlamağa sadiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti