...

Çexiyada dekabrın 31-də rekord temperatur qeydə alınıb

Dünya xəbərləri Materials 1 Yanvar 2023 01:01 (UTC +04:00)
Çexiyada dekabrın 31-də rekord temperatur qeydə alınıb

Bakı. Trend:

Çexiyada şənbə günü havanın temperaturu 18,2 dərəcə olub, bu, ölkədə hava şəraitinin müşahidə edilməsinin demək olar ki, 300 illik tarixində dekabrın 31-nə olan rekord göstəricidir.

Trend xəbər verir ki, bu barədə "STK" informasiya agentliyi məlumat yayıb.

Keçən ilin son günü üçün belə yüksək hava temperaturu Praqanın Komorjanı vilayətində və Dobrixovitse kəndində qeydə alınıb. Meteoroloqlar havanın yaxın günlərdə də belə olacağını proqnozlaşdırırlar.

Bundan öncə dekabrın 31-nə qeydə alınan rekord isti 1935-ci ildə olub. O zaman temperatur 16,3 dərəcəyə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti