Bakı. Trend:
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsi İdarəsindən bildiriblər.
Məlumata görə, gəmilərin hərəkəti yerli vaxtla saat 06:46-dan etibarən bağlanıb. İdarədən bildiriblər ki, boğazın bəzi yerlərində qatı duman müşahidə olunur.