Bakı. Trend:
Fransadakı təxminən iyirmi təhsil müəssisəsi təxliyə olunması barədə məlumat verib.
Trend-in məlumatına görə, bu barədə "France-Presse" agentliyi Fransa Təhsil Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, buna səbəb partlayıcı maddələrlə bağlı həm işçi heyəti, həm də tələbələrin valideynləri tərəfindən alınan məlumatlar olub.
Qeyd olunub ki, müəllimlər müvafiq mesajları yanvarın 2-3-də valideynlər və şagirdlərlə ünsiyyət üçün xüsusi internet portalı vasitəsilə, valideynlər isə "WhatsApp" və "Snapchat" kimi məşhur messencerlərdə alıblar.