...

Belçika Çindən gələn sərnişinlər üçün məcburi COVID-19 testi tətbiq edir

Dünya xəbərləri Materials 7 Yanvar 2023 03:51 (UTC +04:00)
Belçika Çindən gələn sərnişinlər üçün məcburi COVID-19 testi tətbiq edir

Bakı. Trend:

Belçika Avropa Komissiyasının tövsiyəsi əsasında Çindən Avropaya gələn insanlar vasitəsilə koronavirusun yayılmasının qarşısını almaq üçün əlavə sanitar, gigiyenik və təşkilati tədbirlər görəcək ölkələrə qoşulur.

Trend-in məlumatına görə, Belçikanın səhiyyə naziri Frank Vandenbrok Çindən gələn sərnişinlər üçün qoruyucu maskalardan istifadəni və təyyarələrin tullantı sularının koronavirus ştamları üçün sınaqdan keçirilməsini tövsiyə edən qərarı təqdir edib.

Sabah Belçika hava limanlarında Çindən birbaşa uçan təyyarələrin çirkab sularının sınaqdan keçirilməsinə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti