...

Britaniyada 100 min dövlət qulluqçusu fevralın 1-də tətil edəcək

Dünya xəbərləri Materials 11 Yanvar 2023 23:42 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın 100 minə yaxın dövlət qulluqçusu əmək haqqlarının artan qiymətlərə uyğunlaşdırılması tələbi ilə fevralın 1-də tətilə çıxmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Dövlət və Kommersiya Xidmətləri İşçiləri Həmkarlar İttifaqının yaydığı məlumatda deyilib.

"PSC Milli İcraiyyə Komitəsi qanuna uyğun olaraq, keçən ilki səsvermə zamanı [seçicilərin] 50%-dən çoxunun tətilin lehinə olduğu təşkilatlarda bütün üzvləri üçün fevralın 1-də bir günlük tətil keçirməyə razılıq verib", - deyə qeyd olunub.

Bildirilib ki, söhbət işə çıxmayacaq 100 min işçidən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti