Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələri komandanlığına ilk T-70 helikopteri təhvil verilib.
Trend xəbər verir ki, bu barədə cümə günü Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, helikopterin təhvil verilməsi Türkiyə ordusunun ehtiyacları üçün çoxməqsədli helikopterlərin satınalınması proqramı çərçivəsində həyata keçirilib.