...

Litvada qaz kəmərinin partlaması nəticəsidə baş verən yanğın söndürülüb

Dünya xəbərləri Materials 14 Yanvar 2023 03:28 (UTC +04:00)

Bakı. Trend:

Litvanın Pasvalski rayonunda qaz kəmərinin partlaması nəticəsində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Trend xəbər verir ki, bu barədə Litvanın qaz şəbəkəsi operatoru "Amber Grid" müəssisəsi məlumat yayıb.

"Dörd saat davam edən mübarizədən sonra yanğın söndürülüb", - deyə məlumatda deyilir.

Xatırladaq ki, dünən Bakı vaxtı ilə saat 19:00 radələrində Litvanın Pasvalski rayonunda qaz kəmərində partlayış baş verib. İlkin məlumata görə, təxribat faktının olması ehtimalı azdır. Bu ərazidə paralel olaraq iki qaz kəməri xətti keçir və bu xətt vasitəsilə Litvanın şimal hissəsinə qaz verilir. Onların vasitəsilə Latviyaya da qaz tədarük olunur. İkinci xətt partlayış nəticəsində zədələnməyib. İstehlakçıların qaz təchizatında heç bir fasilə yaranmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti