Bakı. Trend:
Əlcəzairin şimalında Ayn-Defla əyalətinin El Attaf rayonunda orduya məxsus “Mi-171” helikopteri qəzaya uğrayıb.
Trend xəbər verir ki, qəza nəticəsində biri polkovnik olmaqla, üç hərbçi həlak olub.
Milli Müdafiə Nazirliyi qeyd edib ki, helikopter planlı təlim uçuşu həyata keçirib.
Hadisənin səbəb və şəraitinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.