...

Böyük Britaniyada Amazonun işçiləri tətil keçirəcək

Dünya xəbərləri Materials 25 Yanvar 2023 11:39 (UTC +04:00)
Böyük Britaniyada Amazonun işçiləri tətil keçirəcək

Bakı. Trend:

ABŞ-nin Amazon şirkətinin Koventridəki anbar işçiləri ilk dəfə aşağı əməkhaqqına qarşı tətil keçirəcək.

Trend-in məlumatına görə, bu barədə Financial Times qəzeti xəbər verib.

GMB həmkarlar ittifaqının təşkil etdiyi tətilə 1 000 əməkdaşdan təqribən 300-nün qoşulacağı gözlənilir. İttifaqın nümayəndəsi Amanda Qirinq şirkətdə optimallaşdırma proseslərinin fonunda əməkhaqqının artırılmasını nəzərdə tutaraq bildirib ki, anbar işçiləri "düzgün olan" uğrunda çıxış edərək "tarixə düşməyə" hazırdırlar.

Amazon isə öz növbəsində tətilin göstərilən xidmətlərin keyfiyyətinə təsir etməyəcəyini bildirib.

Daha əvvəl Amerikanın onlayn pərakəndə satış şirkəti Böyük Britaniyada üç anbarın bağlanmasını elan edib ki, bu da minimum 1 200 əməkdaşın işdən çıxarılması ilə nəticələnə bilər.

2020-ci ildən bugünə Amazon işçilərinin sayı demək olar iki dəfə artıb, lakin şirkətin gəlirlərində artım ləngiyib. Həmçinin xərclərin məhdudlaşdırılmasını tələb edən investorların təzyiqi səbəbindən şirkətin zərər gətirən şöbələrin əsaslı yoxlanışına başladığı deyilirdi.

2022-ci ilin dekabrından başlayaraq inflyasiyanın kəskim artımı və əhalinin real gəlirlərinin azalması fonunda Böyük Britaniyanı tətillər dalğası bürüyüb. Tibb işçiləri ilə yanaşı, dəmir yolu işçiləri, sərhəd nəzarət xidmətinin əməkdaşları, müəllimlər və poçtalyonlar da işə çıxmırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti