...

ÜST COVID-19-la əlaqədar dünya səhiyyəsində fövqalədə vəziyyət rejimininin müddətini uzatdı

Dünya xəbərləri Materials 30 Yanvar 2023 16:34 (UTC +04:00)
ÜST COVID-19-la əlaqədar dünya səhiyyəsində fövqalədə vəziyyət rejimininin müddətini uzatdı

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya səhiyyəsində COVID-19 alovlanması ilə əlaqədar olaraq 2020-ci ildən etibarən davam etməkdə olan fövqəladə vəziyyət rejiminin müddətini növbəti 3 ay üçün uzatdı.

Trend-in məlumatına görə, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə Komitəsinin iclasının nəticələrini açıqlayan Cenevrədəki baş ofisi deyib.

"ÜST-ün baş direktoru Komitənin hazırkı COVID-19 pandemiyası ilə bağlı tövsiyələri ilə razılaşıb", - məlumatda deyilir.

Baş direktor Tedros Adhanom Qebreyesus pandemiyanın ictimai səhiyyədə beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət olaraq qalmaqda davam etdiyini təsdiqləyib.

ÜST-ün COVID-19 ilə bağlı fövqəladə vəziyyət üzrə komitəsi üç aydan bir iclas keçirir. Bu, 2020-ci ilin yanvarından etibarən 14-cü iclas idi.

Ekspertlər koronavirus pandemiyasının "ehtimalla dönüş nöqtəsinə yaxınlaşdığı" nəticəsinə gəliblər. Onların fikrincə, vaksinasiya və COVID-19 ilə yoluxma nəticəsində dünya əhalisi arasında yüksək immunitet səviyyəsinin əldə edilməsi "SARS-CoV-2 virusunun xəstəlik və ölüm faizlərinə təsirini məhdudlaşdıra bilər".

Bununla belə, komitə "Şübhə yoxdur ki, bu virus yaxın gələcəkdə də insanlar və heyvanlar arasında daimi patogen olaraq qalmağa davam edəcək", - deyə vurğulayıb. Ekspertlərin fikrincə, "bu virusun insanlarda və heyvanlardakı rezervuarlarından kənarlaşdırılması son dərəcə mümkünsüz olsa da", onun xəstəlik və ölüm faizlərinə təsirinin yumşaldılması "mümkündür və prioritet məqsəd təşkil etməlidir". ÜST bununla əlaqədar olaraq, fövqəladə vəziyyət rejimi bitdikdən sonra COVID-19 virusuna qarşı mübarizənin "alternativ mexanizmləri üzrə təklifləri hazırlamağı" tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti