Bakı. Trend:
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə "Geo.tv" telekanalı xilasetmə xidmətinə istinadən məlumat yayıb.
"Çərşənbə axşamı səhər saatlarında xilasedicilərin dağıntılar altından daha 9 cəsədi çıxarması ilə Pişəvərdə məsciddə terrorçu-intiharçı tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb", - deyə məlumatda bildirilir.
Daha 150 nəfərin yaralandığı qeyd edilir.
Xatırladaq ki, daha əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi.
Qeyd edək ki, ötən gün Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib. Partlayışdan sonra məscidin tavanı və divarları çöküb. Çoxlu insan dağıntılar altında qalıb.
Partlayışa görə məsuliyyəti "Təhrik-e-Taliban Pakistan" terror təşkilatı öz üzərinə götürüb.
XXX
00:09
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Trend bu barədə Pakistan və Qərb KİV-lərinə istinadən xəbər verir.
Belə ki, Pakistanın "Dawn" portalının məlumatına əsasən, partlayışda 59 nəfər həlak olub, bəzi Qərb mediası isə ölənlərin sayının 61 nəfərə çatdığını bildirir.
Qeyd edilir ki, partlayış nəticəsində 157-dən çox insan yaralanıb.
Xatırladaq ki, ötən gün Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib. Partlayışdan sonra məscidin tavanı və divarları çöküb. Çoxlu insan dağıntılar altında qalıb.
Partlayışa görə məsuliyyəti "Təhrik-e-Taliban Pakistan" terror təşkilatı öz üzərinə götürüb.