...

Parisdə pensiya islahatına qarşı etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 1 Fevral 2023 04:36 (UTC +04:00)
Parisdə pensiya islahatına qarşı etiraz aksiyası keçirilib

Bakı. Trend:

Fransa planlaşdırılan pensiya islahatlarından narazılıqlarını ifadə etmək məqsədilə yüzminlərlə insan ölkə paytaxtı Parisin küçələrinə çıxıb.

Trend xəbər verir ki, nümayişçilərin sayı 500 min nəfərə çatıb.

Bu, islahat əleyhinə ilk kütləvi etirazların keçirildiyi yanvarın 19-u ilə müqayisədə 100 min nəfər çoxdur.

Fransa mətbuatının məlumatına görə, nümayişlər əsasən dinc xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti