...

Qaziantepdə zəlzələ tarixi qalanı dağıdıb (VİDEO)

Dünya xəbərləri Materials 6 Fevral 2023 11:01 (UTC +04:00)
Qaziantepdə zəlzələ tarixi qalanı dağıdıb (VİDEO)

Bakı. Trend:

Türkiyənin Qaziantep vilayətində UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş tarixi qala 7,4 bal gücündə zəlzələ nəticəsində uçub.

Trend-in məlumatına görə, bu barədə "Yeni Şafak" qəzeti xəbər yayıb.

Binaya dəymiş ziyan hələ müəyyənləşdirilməyib.

Qaziantep qalası hündürlüyü 25-30 m olan təpədə yerləşir. İnşaatın tarixi və müəllifi haqqında dəqiq məlumat yoxdur, lakin onun haqqında ilk xatırlama eramızın 2-3-cü əsrlərinə təsadüf edir. 2002-ci ildən bəri arxeoloqlar onun ərazisində qazıntılar aparıblar. Qalanın ərazisində Birinci Dünya Müharibəsi illərində Qaziantepin fransızlardan müdafiəsinə həsr olunmuş muzey kompleksi var.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti