Bakı. Trend:
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2379 nəfərə, xəsarət alanların sayı isə 14483 nəfərə çatıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.