...

Kahramanmaraşda 4,7 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 10 Fevral 2023 21:33 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.

Trend bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 21:00-da qeydə alınan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti