...

Los-Anceles aeroportunda sərnişin avtobusu təyyarə ilə toqquşub

Dünya xəbərləri Materials 11 Fevral 2023 12:05 (UTC +04:00)
Los-Anceles aeroportunda sərnişin avtobusu təyyarə ilə toqquşub

Bakı. Trend:

Dünən axşam Kaliforniya ştatı Los Anceles beynəlxalq hava limanında avtobus təyyarə ilə toqquşub.

Trend xəbər verir ki, bu barədə hava limanının Tvitter səhifəsində məlumat paylaşılıb.

"Bu gün axşam eniş qapısından dayanacağa yedəklənən təyyarə marşrut avtobusu ilə toqquşub, nəticədə beşə yaxın insan xəsarət alıb", - məlumatda deyilir.

CBS telekanalının verdiyi məlumata görə, təyyarə "American Airlines" aviaşirkətinə məxsusdur. Hadisə haqqında məlumatın yerli vaxtla saat 22:15 radələrində daxil olduğu deyilir. Toqquşmanın səbəbi naməlum olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti