...

Türkiyədə zəlzələdən 11 gün sonra bir nəfər sağ tapılıb

Dünya xəbərləri Materials 16 Fevral 2023 23:09 (UTC +04:00)
Türkiyədə zəlzələdən 11 gün sonra bir nəfər sağ tapılıb

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 11 gün sonra bir nəfər sağ tapılıb.

Trend xəbər verir ki, 258 saat dağıntılar altında qalan Neslihan Kılıç adlı qadın yaralı vəziyyətdə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti