...

Hatayda yeniyetmə 260 saat sonra dağıntılar altından sağ çıxarılıb

Dünya xəbərləri Materials 17 Fevral 2023 02:07 (UTC +04:00)
Hatayda yeniyetmə 260 saat sonra dağıntılar altından sağ çıxarılıb

Bakı. Trend:

Türkiyədə zəlzələdən daha bir nəfər dağıntılar altından çıxarılıb.

Trend xəbər verir ki, Hatayın mərkəzi Antakya rayonunda zəlzələnin 260-cı saatında binanın dağıntıları altından 12 yaşlı yeniyetmə xilas edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti