...

Zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət qeydə alınmayıb - Türkiyəli nazir

Dünya xəbərləri Materials 19 Fevral 2023 23:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir bildirib ki, kəskin bağırsaq infeksiyası hallarının sayında artım olsa da, epidemiya aşkarlanmayıb. “Qripə bənzər xəstəliklərin sayında artım var. Buna baxmayaraq, epidemiyaya səbəb olacaq vəziyyət qeydə alınmayıb. Fəlakətdən sonra yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə şəxsi gigiyena, suyun dezinfeksiyası ilə bağlı məlumatlandırıcı broşürlər hazırlanıb. Bu xəstəliklər üçün istifadə olunacaq dərmanlar rayona göndərilib”, - Fəxrəddin Qoca vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti