...

Türkiyədə zəlzələdən sonra çökən binada yanğın baş verib (VİDEO)

Dünya xəbərləri Materials 21 Fevral 2023 00:43 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Hatay əyalətində zəlzələdən sonra çökən binada yanğın baş verib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar.

Qeyd edilir ki, sözügedən bina fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra təxliyə edilmişdi.

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 3 nəfər həlak olub, 213 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti