...

Putin və Ərdoğan arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 26 Fevral 2023 15:17 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə bazar günü Kremlin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, V.Putin Türkiyə Prezidentini ad günü münasibətilə təbrik edərək, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafına böyük şəxsi töhfəsini qeyd edib.

"Telefon danışığı zamanı ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə toxunulub", - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti