...

"SpaceX" iki "Starlink" peykinin buraxılışını təxirə salıb

Dünya xəbərləri Materials 28 Fevral 2023 01:24 (UTC +04:00)
"SpaceX" iki "Starlink" peykinin buraxılışını təxirə salıb

Bakı. Trend:

"SpaceX" şirkəti "Starlink" internet peykləri ilə birlikdə iki "Falcon 9" raketinin buraxılışını fevralın 27-dən fevralın 28-nə təxirə saldı.

Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.

Məlumata əsasən, buna əlverişsiz hava şəraiti səbəb olub.

Fevralın 27-də "Falcon 9" raketlərindən biri Floridadakı Kanaveral burunundakı kosmodromdan 21 peyklə, ikincisi isə Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından 51 peyklə orbitə çıxmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti