Bakı. Trend:
Yaponiya hökuməti Rusiya müdafiə nazirinin müavini Viktor Goremıkin və "Kalaşnikov" konserninin baş direktoru Alan Luşnikov da daxil olmaqla Rusiyadan olan 48 şəxsə, o cümlədən aktivlərinin dondurulmasına sanksiya tətbiq edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, siyahılar Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən dərc olunub.
Siyahıya, həmçinin Rusiya Federasiyası Prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi üzrə İdarəsinin rəhbəri Aleksandr Xariçev, onun müavini Boris Rapoport, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının bəzi əməkdaşları daxildir.
Aktivlərin, aşkar olnduğu halda, dondurulacağı təşkilatların siyahısına "Kvant" QHT, "Vımpel" gəmiqayırma zavodu, Akademik P. D. Qruşin adına Fakel Maşınqayırma Konstruktor Bürosu, Radioavionika ASC və ayrıca Rosbank daxildir.
İxrac məhdudiyyətlərinə məruz qalan 21 təşkilatın siyahısına "Soyuz" Federal İkili Texnologiyalar Mərkəzi, "Milandr" şirkəti, A. V. Rjanov adında Yarımkeçiricilər Fizikası İnstitutu, Rusiya Elmlər Akademiyasının Sibir bölməsi, "Ruselektronika" holdinqi, həmçinin Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentlik (Rosstandart) daxildir.