...

Ötən gün Malatyada baş verən zəlzələdə ölənlərin sayı 2-yə çatıb

Dünya xəbərləri Materials 28 Fevral 2023 11:21 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Malatyada baş verən zəlzələdə 2 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində 140 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Malatyada 5,6 bal gücündə zəlzələ olub. Zəlzələ yerin təxminən 6,97 kilometr dərinliyində baş verib. Zəlzələ nəticəsində dağılan binaların olduğu müəyyən edilib. Hazırda ərazidə axtarış-xilasetmə qrupları fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti