...

Gürcüstan xüsusi təyinatlıları parlamentin yaxınlığında etirazçıları su şırnaqları və gözyaşardıcı qazla uzaqlaşdırıblar (VİDEO)

Dünya xəbərləri Materials 9 Mart 2023 00:11 (UTC +04:00)
Gürcüstan xüsusi təyinatlıları parlamentin yaxınlığında etirazçıları su şırnaqları və gözyaşardıcı qazla uzaqlaşdırıblar (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstan xüsusi təyinatlıları Tbilisidə parlamentin yaxınlığında etirazçıları su şırnaqları və gözyaşardıcı qazla uzaqlaşdırıblar.

Bu barədə Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

Daha əvvəl Tbilisinin mərkəzində etirazçılar ölkə parlamentinin binasını mühasirəyə alıblar. Etirazçıların bir hissəsi parlament binasının girişinin qarşısındakı hasarı aşmağa cəhd edib.

Qeyd edək ki, Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinə qarşı etiraz aksiyaları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti